YEVREYKA'n blogi

YEVREYKA
33, Baku, Azerbaidžan

26 yaşlı qadın körpəsini öldürdükdən sonra yenidən oyuna davam edib


Cənubi Koreyada tükürpədici hadisə baş verib. İnternet aludəçisi gənc hamilə qadın internetdə oyun oynayarkən körpəsini dünyaya gətirib.

Polisin məlumatına görə, hər gün oyun oynamaq üçün evinin yaxınlığındakı internet kafeyə gedən 26 yaşlı qadının doğum sancısı elə kompüter başında olarkən başlayıb. Kafenin ayaqyolunda körpəsini dünyaya gətirən qadın çağanı plastik torbaya qoyaraq ağzını bağlayıb. Bundan sonra o, yeni doğulan uşağını yaxınlıqdakı zibil qutusuna atıb. Bundan sonra oyuna davam edib.

Polis tərəfindən saxlanılan qadının uşaq qatili kimi məhkəmə qarşısına çıxarılacağı bildirilir.

Qeyd edək ki, Cənubi Koreya hökumətindən verilən məlumata görə, ölkə əhalisinin 2 milyondan çoxu internet aludəçisidir.…


edellinen 1 2 3 4 5 seuraava →
Blogi
Blogit päivitetään joka 5 minuutti