18.10.2015
Başlıq...
27, Gyanja, Azerbaidžan

Boşdu ürəklər küçələr kimi

Boşdu hisslər ilk baxışlar kimi

Yox nə həqiqət nə səmimiyyət

Var yalan,nifrət var rəzalət

……………………………………..

Təbbiətin səhvi-cəmiyyətin əksi

Şəxsiyyətlər olub vəhşilər

Ailələr qalıb kənarda mövzu sevgilər

Yadakı olmayan hisslərdən yarandı nifrətlər

……………………………………………………..

Daha nələr gələr dəbə ?

Əməllər çalışır əsəblərə

İlk dəfə gördüm ağıl aciz qaldı hisslərə

Gördüm tanrı köməysizdi minlərə

…………………………………………………

Gördüm necə qorxu düşdü cana,

Bildim necə pul dərddi hər insana

Eşitdim necə olur inananda istədiyin yalana

Hiss etdim necə dağılarmış illərlə qurduğun dünya

…………………………………………………………………..

Necə çalışarlar səni məhv etməyə

Sümüklərini belə hətta gəmirməyə

Əgər fərqlənsən bu cəmiyyətdən

Seçilərsən necə seçilir qəddarlıq mərhəmətdən.

Müəllif. Anar İsgəndərli.. (Arlin Eden )

17 näyttökertaa
 
Kommentit

Ei ole kommentteja vielä.
Jätä kommenttisi, aloita keskustelu!

Blogi
Blogit päivitetään joka 5 minuutti