26.03.2015
Mənsiz
25, Sumgayit, Azerbaidžan

Deyirlər üstünü duman, çən alıb,
Saçına qar yağıb ağappaq, mənsiz!
Ürəyinə həsrət qüssə, qəm salıb,
Həyatın mənasız olubdur mənsiz!

Həyat yoldaşın var, oğlun, qızın var,
Fəsillər dəyişir, qışın, yazın var,
Çoxundan çoxun var, azdan-azın var,
Bəs niyə ürəyin bomboşdur mənsiz?


Ayrıldıq, səhvi də, düzü də sənin,
Ürəkdə qalmayıb izi də sənin,
Həyat mənasını gözündə sənin
İtirdi, o vaxt ki, qalmısan mənsiz!

Daha o zamandan xeyli vaxt keçıb,
Hərə öz yolunu, izini seçıb,
Fələk donumuzu həsrətdən biçib
Qalmışıq mən sənsiz, səndə ki, mənsiz!


Görüşə cəhd etmə gecikdik artıq,
Vüsalı səninlə hicrana satdıq,
Daha yaş da keçib qocalıq çatdı,
Yaşayaq mən sənsiz, səndə ki, mənsiz!

Mənsiz

20 näyttökertaa
 
Kommentit
Sevgimmm 26.03.2015

Ela weirdi canim

Blogi
Blogit päivitetään joka 5 minuutti