Məndən ayrılanda... (Famil Mehdi)
39, Baku, Azerbaidžan


Məndən ayrılanda qəmli söz demə
Bil ki, qazanmadıq sevgini asan
Məndən ayrılanda xüdahafiz demə
Qorxuram gedəsən qayıtmayasan


Məndən ayrılanda küsmə, əzizim
Baharda gül açan sevgimiz bizim
Şaxtalı çovğunda saralıb, solar
Məndən ayrılanda tələsmə, gözəl
Şübhələr yorunca özün yor məni
Soyuq baxma gəl

Gəl sənin soyuqluğun yandırar məni
Məndən ayrılanda düşün bir qədər
Demə ki, vaxt verib görüşək az-az
Ürək bilirsənmi şüşəyə bənzər
Sınar bir dəfəlik, sınar, canlanmaz

Məndən ayrılanda...
Eh... bəlkə nahaq
Xeyr, narahatsan sən də mən kimi
Necə ayrılsaqda eybi yox ancaq
Görüşək...Görüşək ilk dəfə görüşən kimi..

0 näyttökertaa
 
Kommentit

Ei ole kommentteja vielä.
Jätä kommenttisi, aloita keskustelu!

Blogi
Blogit päivitetään joka 5 minuutti