Andım səni...
39, Baku, Azerbaidžan

Məhəbbətlə baxıb sənə,Məhəbbətə sarı getdim ,

Xəyalımda xəyalınla dolaşaraq səni secdim ,

Eşq şərabı icməz idim ,səni görüb O,gün icdim ,

Sərxoş oldum halıma bax səmalara yazdım səni ...

Ümüd etdim ümüd dolu andım adın səhər -axşam

Bilməz idim sevginlə mən ceşmə təki coşam daşam ,

Məcnun olub səhraları qarış qarış hey dolaşan ,

Bir baxışda min baxışın arasında tapdım səni ...

Ərköyünəm gəl, bu qədər dəymə mənim xətirəmə,

Ehtiyacım bilirsənmi nə qədərdi bir kəlmənə ,

Həsrətini yox edərəm ,bil dözərəm hər işvənə,

Vüsal dolu duyğularla duyub-duyub andım səni ....

Sönməz olan bir məşələm,eşqin sevgi yollarında,

Yoxdu tayım bərabərim sevənlərin arasında ,,

Mən özümü tapdım gülüm gözlərinin qarasında,

Döyündükcə ürəyimin icərsində sandım səni...

19 näyttökertaa
 
Kommentit

Ei ole kommentteja vielä.
Jätä kommenttisi, aloita keskustelu!

Blogi
Blogit päivitetään joka 5 minuutti