Bəs nə deyim?...
40, Baku, Azerbaidžan





Sevgilim, mən sənə canan deməyim, bəs nə deyim?

Canımı canına qurban deməyim, bəs nə deyim?

Öz canından, nəfəsindən canıma can verdin,

Gündə min dəfə sənə can deməyim, bəs nə deyim?

Sən baxarkən mənə bəzən elə küskün-küskün,

Oldu can mülkü pərişan deməyim, bəs nə deyim?

Dikilib gözlərim həsrətlə vüsalın yoluna,

Gəlməsin könlümə hicran deməyim, bəs nə deyim?

Sən canımsan, ciyərimsən, gül açan baxtımsan,

Olmuşam hüsnünə heyran deməyim, bes nə deyim?

Yanmayan eşq oduna qədrini bilməz eşqin,

Gəl mənim eşq oduma yan, deməyim, bəs nə deyim?

Yox mənim başqa gözəllərdə bilirsən ki, gözüm,

Səni istər bu əziz can deməyim, bəs nə deyim?


45 näyttökertaa
 
Kommentit

Ei ole kommentteja vielä.
Jätä kommenttisi, aloita keskustelu!

Blogi
Blogit päivitetään joka 5 minuutti