Namaz baresinde....
36, Baku, Azerbaidžan

Bismillahir Rəhmanir Rəhim.

Möhür barəsində bir neçə cümlə yazmaq istərdimki, lakin bu haqqda mövzunun olmadığını görüncə, "Namaz qılırsız?" adlı mövzunu seçdim..

Bir çox məhsəblər var ki, insanların möhürlə namaz qılmalarına iradlarını bildirirlər..

Hətta bunu, bütpərəstlik olduğunu belə söyləyirlər.

Oturdum bir balaca fikirləşdim və bu barədə bir neçə cümlə yazmaq qərarına gəldim.

Əgər möhür bütdürsə, elə isə ən böyük büt KƏBƏ evidir. (Əstəğfurullah) Cansız, böyük, dördkünc bir formaya malik olan, daşdan hazırlanan, divarların ətrafını təvaf edirik..

Bilirəm ki, bir çoxları bu yazıma iradlarını bildrəcək. Ən əsasda KƏBƏ evi barəsində olan fikrimə görə.

Deyəcəklər ki, KƏBƏ-nin ətrafına dolanmağı ALLAH əmr edib...

Demək möhür barəsində ALLAH heç nə nazil etməyib və möhürlə namaz qılmaq bidətdir, bəzi hallarda isə dindən çıxmağa, bütpərəst olmağa belə gətirib çıxardır..

Demək, BİZ Quranda OLMAYAN bir şeyi etdiyimiz üçün dindən çıxmış hətta kafir sayılırıq..

Amma, Quranda açıq aşkar buyrulan: Əmr sahiblərinə itaət edin!( Ayəni tam olaraq yazmıram)

Ayəsinə əməl etməyən bəzi zındıqları müdafiə edib, onları cənnət əhli olduqlarını iddia edirlər..

Nəticə:

Biz Quranda olmayan bir şeyə əməl edirik. (Yəni möhürdən istifadə edirik)

Digərləri isə, Quranda olan şeylərə əməl etmirlər..

Və sonda bizləri RAFİZİ adlandırılar.

Bismilahir..

Namaz möhürlə qılınmalıdır!

Dolayısı yolla Qurani-Kərim buna işarə edir! (Hərgah iddia edirlərki, Quranda olmayan bir şeyə əməl edirik)

Bunun üçün Qurani-Kərimin Əl-Fəth surəsinin 29-cu ayəsinə baxmaq məncə kifayyətdir.

Baxaq görək ayədə nə deyilir?!

Məhəmməd (əleyhissəlam) Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər. Sən onları (namaz vaxtı) rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə izidir. (Qiyamət günü onlar özlərindəki möminlik nuru alınlarındakı möhür yeri ilə tanınırlar). Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkinə bənzədilirlər ki, o artıq cücərtisini üzə çıxarmış, onu bəsləyib cana-qüvvətə gətirmiş, o da (o cücərti də) möhkəmlənib gövdəsi üstünə qalxaraq əkinçiləri heyran qoymuşdur. (Allahın bu təşbihi) kafirləri qəzəbləndirmək üçündür. Onlardan iman gətirib yaxşı əməllər edənlərə Allah məğfirət (günahlardan bağışlanma) və böyük mükafat (Cənnət) vəd buyurmuşdur!

Sözsüz ki,mörtərizə içində olan sözləri, tərcüməçinin təfsiri olduğunu iddia edənlər olacaq!

Lakin, mən, Sizin diqqətinizi mörtərizə xaricində olan cümləyə keçmək istəyirəm...

Onların əlaməti üzlərində olan səcdə izidir.

Bildiyimiz kimi, səcdə zamanı başda yerləşən üzvlərdən yalnız və yalnız alın iştirak edir..

Demək, Üz deyilədə alın nəzərdə tutulur...

İndi deyin görək, möhür, daş kəsək üzərində səcdə edərkən iz qalar ya, Yumşaq xalça, palaz üzərində?

ALLAH: Biz yeri sizlər üçün SƏCDƏGAH qərar verdik! deyir.

Namaz əslinə qalsa torpaq üzərində qılınmalıdır. Yəni səcdə zamanı iştirak edən bütün üzvlər torpağa dəyməlidir...

Hərgah biz sadəcə alnımızı torpağa vururuq.. (Müəyyən səbəblərdən digər üzvlərimiz torpağa vura bilmirik. Və həmən məlum səbəblərdəndirki, torpağı bərkidərək, möhür formasına salmışıq, İslama Doğru getdiyiniz bu yolda düzgün mövqe seçin)

Amma heç bir üzvlərini yerə vurmayanlarıda tanıyırıq!

HƏCC ziyarəti zamanı şiyələr möhürlə namaz qılmırlar!!!

Niyə???

Çünki, orda namaz elə torpaq üzərində qılınır. Həmdə Məkkə torpağı üzərində

O Məkə torpağı üzərindəki, biz həmin torpaqdan hazırlanmış möhürə alnımzı vururuq.. (Kərbəla, Mədinə və digər müqəddəs torpaqlardan hazırlanmış möhürlərdə bura daxildir)

Şərt deyil ki, möhürlə qılaq namazı. Həyətə düşüb namaz qılmaq istəsək, heç şübhəsiz ki, möhürsüz, torpaq üstündə qılacayıq namazı...

Amma öz aramızdır Peyğəmbərin gəzdiyi MƏKKƏ, Mədinə, İmam Hüseynin şəhid olduğu KƏRBƏLA torpağı ilə, SUMQAYIT torpağı arasında böyük fərq var...:)

Sonda isə bir neçə hədis ilə yazımı tamamlamaq istərdim. (Düzü bir neçə cümlə yazacağımı bildirmişdim. Alınmadı :) . Haqqınızı halal edin..)

Cabir ibn Abdullah Əl Ənsaridən nəql olunan hədis: İstinin şiddətindən əlimdə bir ovuc torpaq tutdumki, soyudum və peyğəmbərlə birlikdə Zöhr namazını yerinə yetirim...

Mənbə: Səhihi Buxari, cild 2, səh.202.

Sünəni Beyhəqi cild 1, səh.439.

Musnədi Əhməd cild 3, səh.327.

Aişə Xanım nəql edir: Səcdə halında Peyğəmbərin bir vasitə ilə üzünü QORUDUĞUNU gorməmişəm.

Mənbə: Müsnədi Əhməd, cild 6, səh 58.

ALLAH Rəsulu buyurmuş: Yer mənim üçün səcdəgah və pak qərar verildi.

Mənbə: Səhihi Buxari, cild 1, səh.91

Səhihi Müslim, cild 1, səh.371

Səhihi Tirmizi, cild 2, səh 131

Səhihi Nisai, cild 1, səh.210.

Bu qədər...

ALLAH amanında olasız..

İltimasi dua.......

95 näyttökertaa
 
Kommentit
Empirey 05.03.2011

buyurun xanim... Serhinize gore tesekkur edirem.... cox sag olun.....

Empirey 05.03.2011

insallah qardas.... Sahibez Zaman tez gelseydi bu biyabirciliqlara son qoyardi insallah...

Empirey 05.03.2011

Qardas senin sozune quvvet. deyirsen ki birimizin sahvi olan kimi srazi sehvini basina vururuq.. buna misal bir hadise danisacam..
Bir gun Imam Hesen ve imam Huseyn(a.s) mescidde bir kisinin duzgun destemaz almadigini gorurler ve bilmirler bunu kisiye nece desinler... gelirler kisini yanina ve deyirler ki dayi baxin gorun men duzgun destemaz aliram yoxsa qardasim? ve bunlar baslayirlar destemaz almaga. Kisi gorur ki bunlarin ikiside eyni cur destemaz alir ve ozluyunde deyir ki ola bilmez axi Peygember neveleri sehv destemaz alsinlar... ve oz sehvini basa dusur tezeden destemaz alir....
mence indi biz bu cur olmaliyiq... ele deyilmi?

Empirey 05.03.2011

yox dedim axi o sozleri agzina alma... hec yarasdira bilmirem o sozleri sene... ele daniwma hec vaxt... yaxsi?

Empirey 04.03.2011

menim bunu yazmaqda meqsedim oo deyildi xanim.. elbettdeki hamimiz muselmaniq.... prosta bezi insanlar varda... deyirler ki ilk suali o olur ki SUNNIsen yoxsa SIYYe.. hemin insanlara catdirmaq isteyirem ki bu sohbetleri yigisdirsinlar...

Blogi
Blogit päivitetään joka 5 minuutti