Anlasilmaz hissler
35, Roseau, Dominica


Yıxıq Bir Şəhərin Sevdaya Yanıq Uşaqları
Yarpaqlar töküləcək ardımızdan..
Payıza dönəcək indi bu bahar vaxtı mövsümlər..
Çünki bitməsi ücün vurur saatlar..
Düman bir örtü örtəcək hər yanı, soyuq..
Səndən dönən hər duyğu içimə çevirdi məni..
İçimdə hər səfərində sənlə qarşılaşdım..
Məndən kənar idin amma varlığını gerçəkdə tuta bilmədim..
Sıravi söhbətlərdə araya sıxışan cümlələrdən anladıqlarım mavi gözlərindən keçə bilmədiyim idi..
Bitmir sevimli..
Ardımızdan tökülərkən qəmli bir duyğu içində xülyalar yarpaq kimi, geriyə qalanlara iki damla yaş axıdacağıq sanki..
Gedirəm deyirəm, bu əyridən sonrası yox deyirəm..
Olmur..
Kaş ki deyirəm və susuram, zidd düşürəm sonra özümlə.
Özümə söylədiklərimdən daha yüngülləşər..
Olmur..
Gedərkən tək onlar gizli qalar ürəyimdə..

28 näyttökertaa
 
Kommentit

Ei ole kommentteja vielä.
Jätä kommenttisi, aloita keskustelu!

Blogi
Blogit päivitetään joka 5 minuutti