Səhər Erkən Qalxmanın Bərəkəti
37, Əzizbəyov, Azerbaidžan

Də ki: Səhərin Rəbbinə sığınaram.' (Fələq Surəsi, 113)

"Bərəkət səhər başlar." Gün ortasında oyanmaq, haradasa günü bitirmək, zamanı istehlak etmək deməkdir. Bütün canlılar səhərin ilk işıqlarında oyanıb yemək axtarışa, yəni işə başlarlar. İnsanların da ruzilərini qazanmaq üçün, erkən qalxma zərurətləri vardır. Əks halda bərəkətsiz və şövqsüz bir həyat sürmələri qaçınılmazdır.

Gecəni əyləncə aləmlərində keçirib günü yarım yaşayanların, yaradılışa zidd olan bu rəftar və davranışlarından ötəri, bütün həyatlarında bir bərəkətsizlik hakim olar. Ayrıca cəmiyyətin böyük əksəriyyətinin yaşadığı hadisələri və xəbərləri də, həmişə geridən izləyərlər.

"O səhəri yarıb çıxarandır. Gecəni bir sakitlik (istirahət etmə), günəş və ayı bir hesab (ilə) qıldı. Bu, üstün və güclü olan, bilən Allahın təqdiridir." (Ən'am Surəsi, 96)

Uca ALLAH, yaratdığı bütün varlıqları və kainatı, ayənin ifadəsiylə, bir sistem, hesab və nizam içində tərtib etmişdir. Gecəni istirahət etmə, gündüzü işləmək üçün, insanları da bu sistemə uyğun şəkildə yaratmışdır. Günün ilk saatları olan səhəri yuxuda keçirərək yaradılışa zidd davranıldığında, hər şeydə olduğu kimi, burada da bir çox mənfilikləri özü ilə gətirməkdədir.
Erkən qalxıb günü ən başından yaşamaq, həm daha gümrah olmamızı təmin edər, həm də məhsuldar çalışaraq gün içində ediləcək işlərin bir çoxunu, hələ gün yarılanmadan bitirməmizə səbəb olar.

"Doğrusu gecə sevinci (gecə ibadəti, insanın iç dünyasında oyandırdığı) təsir baxımından daha qüvvətli, oxumaq baxımından daha möhkəmdir. Çünki gündüz, sənin üçün uzun məşğul olunar vardır." (Müzzəmmil Surəsi, 6-7)

Ayədə Uca ALLAH, ibadətləri, səssizliyin və konsentrasiyanın sıx olduğu zaman olan, gecə edilməsinin daha məqbul olacağını bildirməkdədir. Bu səbəbdən gecələri yuxu və ibadətlə keçirməmizi tövsiyə etməkdədir. Daha sonra "gündüz üçün uzun işlər vardır" ifadəsiylə, insan yaradılışına ən uyğun olan bu vəziyyəti bildirməkdədir.
‘…Yaratdığı şeylərin şərindən, Qaranlığı çökdüyü zaman gecənin şərindən' (Fələq Surəsi, 113)

Yuxarıdakı ayədə, "gecənin şərindən Sənə sığınaram" məlumatı, buradan gecə həyatının insanın yaradılışına uyğun olmayan bir zaman olduğu aydın olmaqdadır. Bu səbəbdən bu zaman diliminin yuxuda və ibadətlə keçməsi, insanlar üçün ən xeyirli olanıdır. (Şübhəsiz ən doğrusunu ALLAH (c. c.) bilər.)

Bir başqa ayədə isə "Və nəfəs almağa başladığı zaman, səhərə;" (Təkvir Surəsi, 18)
ifadəsiylə səhərin sağlamlıq baxımından da əhəmiyyətinə diqqət çəkilməkdədir.

Bilindiyi kimi oksigenin ən bol olduğu saatlar səhər saatlarıdır. Bütün yaşıl bitkilər, səhərin ilk işıqlarıyla birlikdə öz qidalarını çıxarmaq üzrə, karbon 4 oksidi alaraq oksigeni havaya verməyə başlarlar. Günəş batdıqdan sonra isə, eynilə bizlər kimi tənəffüs etməyə, yəni oksigeni alıb karbon 4 oksidi çölə verməyə başlarlar. Görüldüyü kimi Uca ALLAH, bir lütf olaraq səhər saatlarının işə başlamaq üçün ən uyğun zaman olduğunu ayələr istiqamətində xəbər vermişdir. Bu vəziyyətin daha bilmədiyimiz saysız hikmətləri olduğu da bir gerçək.

Erkən qalxmaq bütün yaradılmışlarla birlikdə oyanmaqdır. Ayədə dediyi kimi "nəfəs alan səhəri" tutmaqdır... Günəşin möhtəşəm doğuşunu, izləyərək günə başlamaq, bu həyəcanı və şövqü yaşamaqla birlikdə, insanları gözləyən ışıl, ışıl yeni günü müjdələməkdədir. Bu vəziyyəti vərdiş halına gətirib, həyat boyu həyata keçirib yaşayanlar, gənc və dinc yaşlanaraq, əhvalları daim yüksək olub, həyatlarına hüzur və bərəkət hakim olar.

3 näyttökertaa
 
Kommentit

Ei ole kommentteja vielä.
Jätä kommenttisi, aloita keskustelu!

Blogi
Blogit päivitetään joka 5 minuutti