sevdim seni eeeee Insafsiz...
32, Sumgayit, Azerbaidžan

Son görüşümüz idi. Üz-üzə dayanmışdıq. Gözlərinə baxırdım. Həmişə gözləri ilə mənə sevdiyini söyləyən o gözlər nədənsə qəmli idi. Baxışırdıq, ikimizdə sakit durmuşduq. Birdən gözlərindən yaş axdı. Həmişə əllərimlə saçlarını yumarlayardım, indi isə əllərimlə göz yaşlarını sildim. Başını qoydu sinəmə ürək doyüntülərimizdən hiss etdik ayrılığın nə qədər acı və soyuq olduğunu. Qucaqladı və son dəfə öpdü məni. Əllərindən tutdum titrəyirdi nədənsə öpdüm əllərindən. Məktub verdi və uzaqlaşdı. Məktubu aça-aça gedişini izləyirdim.


Yazmışdı:
Bu mənim sənə olan son sözlərimdi. Səni hər şeydən çox sevdim. Səni sənsizdə sevəcəm. Çalış məni unut. Unutmasanda sadəcə əvvəllər mənim kimi bir vəfasız dostun olduğunu xatırla. Əlvida.. Oxudum və ayrılığın nə olduğunu anladım. Xəyallara daldım gözlərimdə canlanırdı. Həmişə oturduğumuz yerdə oturdum. Birlikdə keçən günlərimiz düşürdü yadıma.


Ürəyimdən keçənləri yazdım son dəfə:
İndi sənin məni tərk edib getdiyin yerdəyəm. Nə vaxtsa bura məni xatırlamağa gəlsən, biləcəksən ayrılığın necə acı və soyuq olduğunu. İndi daha yoxam həyatında. Nə vaxtsa sən bir kimsənin, məndə bir kimsənin qismətində olacağıq. Sənə həmişə xoşbəxtlik arzulayacam. Səni həmişə ağıllı, tərbiyəli olduğun üçün xatırlayacam. Yazdım son sözlərimi. Basdırdım torpağa. Uzaqlaşdım yavaş-yavaş. Həmişə getdiyimiz yollarda ayaq izlərini görürdüm. Həmişə bir gəzdiyimiz o yolları tək gəzdim. O günlərin birdə geri dönməyəcəyini başa düşdüm..

27 näyttökertaa
 
Kommentit

Ei ole kommentteja vielä.
Jätä kommenttisi, aloita keskustelu!

Blogi
Blogit päivitetään joka 5 minuutti