Qifilbend ve acmasi II
49, Moscow, Venäjä

Bu da hormetli Asigimizin ikinci qifilbendi.Elleri var olsun.Seneti gozel yasadanlardandi Agsaqqal!Sag ol,var ol Asiq Hasim.Istedim bu qifilbendi de acam.Gorek ne olur....

QIFILBƏND RÜBAİLƏR

(Gəlsin görək aşığlar. Allah ya onlara verər ya mənə.)

Bir gözü sudadı, biri oddadı.
Nədən icad olmuş söylə od adı?
Aşığ söylə göyün nücə qatı var?
Günəş və Ay söylə hansı qatdadı?
*******
Biri var olanda biri yox olub,
O nədir "catacam" deyən cox olub?
Hansı beş xilqətdir Quranda vardır,
Nə beldən gəlibdir, nə də doğulub?
**********
Nə dərddir ki, əlac yoxdur o dərdə?
Yaxşı-yaxşı düşün bu haqda birdə.
O kimdir ki, namaz qıldığı zaman,
Nə yürdə olmuşdur, nə də ki, göydə?
************
O nədir yanmamiş axıb, əriyib?
Nə ətridi bu dünyanı bürüyüb?
Söyə görüm harda, hansı qəbirdi,
İcində yatanla bahəm yeriyib?
**************
Düşün tap "be" ilə "sin" nə deməkdir?
Bütün yer üzünə daim köməkdir.
O hansı diyardı bir yol gün düşüb,
Bir də Qiyamətdə Gun düşəcəkdir?

13.05.2015.

---------------------------

Асиф Исрафилов

Hem gulen,aglayan fani dunyamiz,
Yandirib adini odla sulandi
Merrix,Zohre,sonra Gunle Ay,
Yeddiqat goyde bu siralandi.

Gunduzun sultani hey Ay dalinca,
Qacma,Goyqursagi,o bir sapinca.
Bu qara das,demir,qoc,deve,esa,
Bunlar ne ekilen,ne dogulandi.

Olumun dermani yox yaranandan,
Qaciriq qoynuna dogulan andan.
Xeber olub bu baligin qarnindan,
Cavabi Yunusun namazindadi.

O buzdu,yanmayib axar eriyer,
Gil etridir bu dunyani buruyer,
Yunusun qebridi,deryada uzer
Icinde yatani duasindadir.

"Be"yle kelam baslar,"sin"de hesabat,
"Ya"dedim terezim getirdi babat
Gune vida edib defn edilen saat,
Asif,gorus "sur"un sedasindadi.

12 näyttökertaa
 
Kommentit

Ei ole kommentteja vielä.
Jätä kommenttisi, aloita keskustelu!

Blogi
Blogit päivitetään joka 5 minuutti