İran Vəqflər Təşkilatı başçısı İstanbul müftisi ilə görüşdü
49, Moscow, Venäjä


İran Vəqflər Təşkilatı başçısı İstanbul müftisi ilə görüşdü
Tehran Radiosu-İran İslam Respublikası Vəqflər və Xeyriyyəçilik Təşkilatının sədri və Vəliyy Fəqihin nümayəndəsi höccətül islam vəl müslimin Əli Məhəmmədi başda din alimləri olmaqla islami məzhəblər arasındakı vəhdətin möhkəmləndirilməsini vurğulayıb.

İRNA-nın məlumatına əsasən, dünən İstanbul müftisi Rəhmi Yaranla görüşən Əli Məhəmmədi deyib: İndiki dövrümüzdə islam ümməti arasında təfriqə və fikir ayrılığı salmaq cəhdləri göstərən imperialist qüvvələri nəzərə alaraq din alimləri başda olmaqla bütün islami məzhəblərin arasında vəhdətin möhkəmlənməsi çox zərurət daşıyır.

İstanbul müftisi də öz növbəsində deyib: İslam ölkələri arasında əlaqələr ortaq islami mentalitet əsasında olmalıdır.

İranla Türkiyə arasında əlaqələrin genişlənməsindən çox sevindiyini deyən Yaran islam məzhəbləri arasında münasibətlərin genişlənməsi, islam dünyasında məzhəbi mahiyyətin əvəzinə islami vəhdətin inkişaf etdirilməsini vurğulayaraq İranın dini mərkəzləri ilə münasibətlərin daha da dərinləşməsi üçün hazır olduğunu bildirib.

2 näyttökertaa
 
Kommentit

Ei ole kommentteja vielä.
Jätä kommenttisi, aloita keskustelu!

Blogi
Blogit päivitetään joka 5 minuutti