SADƏCƏ İZLƏ
30, Yasamal, Azerbaidžan

Hər sözü süzgəcdən keçirərək

Əzbərlədi dərsləri köçürərək
Göz qorxusu itəcək döyülərək
Sevgi zirvəsinə qalxırsan söyülərək
Hörmət qələmdi həyatımız imtahan
Pul günəşdi qalan hamı günə baxan
Nə qədər çoxdu o qədər parlaqdı
Amma biz tikanığ bizə xoş zülmət
Sülü hücumda hərə bir tərəfdən yapışsın
Gəl bu sitemi didək
Qara buludlar günəş palçığa qarışsın
Siz ağlayın bizdə gülək
Yanədə geridə doyaraq
Sözü ürəyimdə qoyaraq
Öz vicdanımı qovaraq
EURO dəyişir dollara
Sözü demə söz gəlişi
Susmaq olacaq vərdişi
Sən bir baxginan qullara
Qul olub sanki pullara
Şeirlə fəlsəfə arasındakı uçurumdan
Çəkirəm eyni rəsmi fərqli rənglər üsulunnan
Bizi siz dəyişmədiz indi kimi gözdüyürsüz
Mənə pis deyib üzdə , gizlincə dinliyirsiz
Fanatlarım çoxaldı
Şeirlərim çoxaldı
Forumlarım çoxaldı
Şeirlərim yayıldı telefonlarda I paddan
Keçir havadan sudan
Keçir torpaqdan oddan
İnsan var vəhşiləşdikcə biz
Millətdir buda bizim dərsimiz
Deyirəm mən düz söz çoxalıbdır dərdimiz
Hər mənə nifrət eliyən olsun bizim fəxrimiz
Fanatla öz aramda sədd çəkdim
Bir çox mövzular üzərinnən xətt çəkdim
Kim deyir? Xərc çəkdim
Mən bura qalxmaq üçün
Kimlərsə çiçək çəkdi amma mən dağ çəkdim
Saxta gülüşlər və saxta necəsənlər
Dünənki çobanlar bu gün danışır MSN-nən
Görəsən nə öyrənib görəsən nə götürəsən
İçini dəyişməyib çölü dəyişən bu cəmiyyətdən
Xaricdə təhsil tapıb Əxlaqını itirən qızlar
Tanımıyıb öz bacısını arxadan söz atan gənclər
Bakı pozulub bu gün sabah pozular gəncə
Görəsən başıvı götürüb qaçasan hansı kəndə
Məncə bəsdi bu qədər ağır mövzular
Axı sonra bu şeiri oxumazlar qızlar
Şeirimi başa duşməz şit olan duzlar
Yüngül mövzular açıq aydın masqarad
Millətin beyninə lazımdır plastk əməliyyat
Zəhlən gedir mənnən zövqüncə deyildim
Onda niyə bu şeiri axıra kimi izlədin

1 näyttökertaa
 
Kommentit

Ei ole kommentteja vielä.
Jätä kommenttisi, aloita keskustelu!

Blogi
Blogit päivitetään joka 5 minuutti