16.10.2014
PƏNCƏRƏ
30, Yasamal, Azerbaidžan

Xatirələr oyatdı pəncərə nəyə görə

Hər şey başladı pəncərədən əvvəlcədən
Adi kəlmədən daha nədən
Gəlməkdən getməkdən məhəllə məktəbdən
Bir yerdə gizlincə gəzməkdən
İlk sevgi məhəbbət
Beləcə yarandı bu tale qismət
Gecədə qaradı o bilmədi
Nən başladı soyuqluq
Gün gəldi görüşlər kəsildi bir yolluq
Qalsada sevdiyi uşaqlıq illərində
Yaşadı sevgisi ürəyində dərində
Bir gündə o qaldı yalqız
Fikrində yalnız o qız
* * *

Var bu məhəbbətin davamı
Pəncərənin o yanı qız olan yanı
Yağışlar çizgilədi dünyanı
O qız yenə pəncərədə göründü
Kənardan adicə görüntü
Əslində xəstəlik üzüntü
Həkimlər deyirdi şəfasız
Oğlan düşünürdü vəfasiz
Pəncərədə görüşdü onun baxışları
Pəncərədə öpüşdü onun baxışları
Pəncərəyə düzdü naxışları
Gözünnən süzülən yağışları
Çalışdı yarınnan olsun uzaq
Səbəbi o qıza bəllidir ancaq
Bu sevgi naminə ayrılsaq açma
Pəncərəni açma uçma

* * *

Son nöqtəyə yaxınlaşmaq
Olmamaq qorxusunu aşmaq
Əziyyətlə rahatlaşmaq
Zülmnən zülmətə bir anlıq uçuş
Payızın xəzan nəfəsi
Yolu qısaltmaq həvəsi
Ömrün sonuncu qəfəsi
Möhlətdən qismətə bir anlıq uçuş
Nə acizlik nə igidlik
Həm ölülük həm dirilik
Biz bilirikmi? bilmirik
Cəhlətdən cənnətə bir anlıq uçuş
Cəhlətdən cənnətə bəlkədən
Əlbəttə birinci
Son dəfə xəlvətdən xəlvətə
Eyvandan həyətə bir anlıq uçuş
Sürünməkdən qurtuluş

0 näyttökertaa
 
Kommentit

Ei ole kommentteja vielä.
Jätä kommenttisi, aloita keskustelu!

Blogi
Blogit päivitetään joka 5 minuutti