KASIBLARIN ŞEİRİ
30, Yasamal, Azerbaidžan

Ey vətən,ey dünya,ey dost,ey adam

Ey yeri və göyü heçdə yaradan
Fikirər dəyişmir dünya dəyişmir
Arzular dəyişmir xülya dəyişmir
Mənaca insanın işidə eyni
Dəyişən evidir birdəki əyni
Eyni arzuları daşıyır bu can
Eyni arzularla yaşıyır insan
Daxmada yaşıyan əsrlər əvvəl
İndi bir sarayda qoyubdu təməl
Yaxud yüz il əvvəl sarayda qalan
Bu gün zibillikdə tapıbdı məkan
İsim dəyişməydən dağ çıxdı dilə
Adımız dəyişsədə kasıbığ elə
Biz yenə bizik geri qalanda
Dövlət aşıb daşır bircə yalanda
Açırsan heç nə yox qəzetdə düzgün
Baxırsan düz demir sehirli güzgün
Nəyə inanasan kimi qanasan?
Xəyali bir oda niyə yanasan?
Eyni arzuları daşısada can
Eyni xəyallarla dursada insan
Ya xeyir işlidi yada şər işli
Ya namərd əməlli ya hünər işli
Dadanmışığ biz aclığa
Üz tutmuşuq fağırlığa
Xalq girişib oğurluğa
Yıxdı evmizi bahalıq
Qiymətlər yüz-yüz çoxaldı
Maaş bir faiz çox oldu
Evdən bərəkət yox oldu
Yıxdı evmizi bahalıq
Gündə iclas həm sessiya
Həm məruzə həm leksiya
Aclıq olub infeksiya
Yıxdı evmizi bahalıq
Batdı getdi daş qaşlarım
Üz döndərdi sirdaşlarım
Ay deputat qardaşlarım
Yıxdı evmizi bahalıq
Hələ dəyişməyən bircə şeydə var
Adəmnən Həvvadan bizə yadigar
Həyatın içində özü bir həyat
Mənə ilham verən sevənə qanad
Nə torpağ tanıyan nədə el tanıyan
Nə ürək tanıyan nə dil tanıyan
Tanıdız? tanıdız siz onu əlbət
Bəli məhəbbətdi sevgi-məhəbbət
Var ana sevgisi övlad sevgisi
Var torpaq sevgisi həyat sevgisi
Allaha sevgi var işə sevgi var
Maşına sevgi var şişə sevgi var
Sevgi var can üstə min can gətirir
Sevgi var gözlərə şeytan gətirir
Tanıdız? tanıdız siz onu əlbət
Bəli məhəbbətdi sevgi məhəbbət

0 näyttökertaa
 
Kommentit

Ei ole kommentteja vielä.
Jätä kommenttisi, aloita keskustelu!

Blogi
Blogit päivitetään joka 5 minuutti