06.01.2016
QAYIT
30, Yasamal, Azerbaidžan

Bizə qanad verən sevgi adlı möcüzə var

Bizə səbir verən sevgi adlı möcüzə var
Bizə alış deyən, bizə çalış deyən
Bizi alışdıran, bizi görüşdürən
Sərin gecələr qayğısız küçələr
Şəhər dincələr qəlbim dərd çəkər
Alovlanıram mən yanıram coşğun qucağında
Mən batıram göz yaşların bulağında
Batdım günaha məni qınama daha
Üzümü tutmuşam sabaha qabağa
Ümüdüm dəniz kimidir sən isə dalğa
Biz keçəcəyik eşq dənizin sel kimi axa axa
Günəş dərddən əriyib dondu
Cahanda titriyən simdə söndü
Üz döndü dünya döndü
Ümüdlü röyam gecə xəyalımla öldü

O gün alovun yandırdı dərimi
Bilmədim kimə danışım bu dərdimi
O gün gözlərimdə batdın daş kimi
O gün qabağımda əridin şam kimi
Mənə deyirdin həyatımın mənasısan
Mən üzük sən isə qaşımsan
Hardasan hardasan indi gizlətdin dərdini
Təhminə Zaurdan gizlətiyi kimi
Bağışla göz yaşlarına görə
Sonsuz çaylara bənzər
Bağışla ki qucaqlamadım sonda
İtdin dəniz üfüqünə bənzər
Qayıt dodağlarının dağlarını keçərəm
Qayıt gözlərinin çaylarında üzərəm
Qayıt səsinin yağışında gəzərəm
Təki qayıt əllərinnən dəniz içərəm

4 näyttökertaa
 
Kommentit
Rainfall 12.01.2016

:(

Blogi
Blogit päivitetään joka 5 minuutti