07.01.2016
DEPRESSİYA
30, Yasamal, Azerbaidžan

Depressiya düşüncəmin soyuq qanlı yolları

Depressiya qara mərmər sükutun hakimiyyəti
Depressiya istəklırimin nüfuz çarpışması
Depressiya mən kiməm bilmək təşəbbüsü
Öz eqomun aranması anlanması
Azğın pessimizm qara qarın istənməsi
Açıq yay günlərində gəlir həyat boyu
Zəhərlənmiş hava qaranlığa doğru
Şeytan libasını əynimə ölçüb biçmək
Fərqsizlik kölgəsini dəli kimi təqib etmək
Narkotik, sərxoş yuxular, ağ qarğalar
Kəndir, boyun ölçmə, neçə dəfə qırılmalar
Gülüşümün yoxluğu, xırda qranulalar
Parkın son titrəməsi parkın son daşı
Bir anlıq iflas uduzdum bu yarışı

Bu dünya mənə verməz sığınacaq
Bu axşam mənsiz darıxmıyacaq
Soldakı mələk dastan yazacaq
Bu günah oduna günah çatmıyacaq
Bu torpaq məni buraxmıyacaq
Sağdakı mələk söz tapmıyacaq
Bu haram, bu şirk, bu zülmü əməl
Sağlığıma badə qaldıracaq
Mənə söz verənin andı yalandı
Qurduğum ümidlər bir gündə yandı
Üç düyün iki göz bir işığda bağlandı

Var dövlər imkan de nəyimə gərəkdi
Onu bölüşdürməyə bir kəs yoxdusa
Məşhurluq şan şöhrət de nəyimə gərəkdi
Mənimlə fəxr edən bir kəs yoxdusa
Böyük ev imarət de nəyimə gərəkdi
onu mənimlə paylaşan bir kəs yoxdusa
Milyonlarla pul para nəyimə gərəkdi
Onu mənimlə xərcələn bir kəs yoxdusa
Neynirəm təmiz ayaqqabı palçıqda gəzirəmsə
Deyim gözəl sözləri ürəkdən sevirəmsə
Çox libas əynimə gəlir xoşuma gəlmir
Sevgilim yuxuma gəli yanıma gəlmir
Neçə canan qəlbində adımı daşıdı
Di gəlki soyadımı daşıya bilmədi
Öləndə deyərlərki kişi kimi yaşadı
Amma adam kimi yaşıya bilmədi

521 näyttökertaa
 
Kommentit

Ei ole kommentteja vielä.
Jätä kommenttisi, aloita keskustelu!

Blogi
Blogit päivitetään joka 5 minuutti