KƏSİLİR NƏFƏS
30, Yasamal, Azerbaidžan

Böhtan yuvasında sönübdü millət

Aysberq halında donubdu millət

Tapdalanıbdı haqqımız tapdalanıbdı hörmət

Tapdalanıbdı saqqalımız tapdalanadıbdı qeyrət

Haqsızlıq kölgəsi həmişə bizi güdür

İstəyirsən fəhlə ol istəyirsən müdür

Bəzən vicdansız başçılar idarə edirlər bizləri

Küçük kimi yaltaqdılar yeyilib yerdən dizləri

Ağıl başımnan gedibdi başda qalan bütdü

Bir birmizi əksiltsəkdə yerdə qalan sümükdü

İrəlidə məhkəmıdi icradı gömrükdü

Sözüm yükdü tək qalacam altında amma

Sorada sən sonrada o sorada siz sonrada biz

Sorada yaş sonrada qətl sonrada yas sonrada dəfn

Sonra kəfən yenədə mən sonrada səs yenədə kəs

Məni azad edin bunlardan kəsilir nəfəs

0 näyttökertaa
 
Kommentit

Ei ole kommentteja vielä.
Jätä kommenttisi, aloita keskustelu!

Blogi
Blogit päivitetään joka 5 minuutti