MilordManiken'n blogi

MilordManiken
32, Baku, Azerbaidžan

30.07.2012

Həyat təəccübləndirməyi sevir.. Yaşamağla düzəlmir həyat, yaş artdığca insanın böyümədiyi kimi.. Yaşadıqca əlimdə olanarı itirirəm.. Hərdən "həyat dəyişir", "zaman dəyişir" kimi düşünürəm ama yox.. Bu həyatdan gedən hər dürüstün əvəzində, 1 dürüst doğulur.. Ölən hər oğrunun, kasıbın, müsəlmanın, kafirin əvəzinə yenisi gəlir.. Bütünləşir hər şey.. Ahəng yoxdu həyatımda, hər şey ya ağ olur yada qara.. Dəyərverməz biriyəm, uşaqlıqdan belə.. Mənə alınan oyuncağı ən xırda detalına qədər sökməyi sevən biri idim.. Sonrada bərpa edə bilmiyib, uzun-uzun ağlayacaq qədərdə zəif biri..

Hər an dəyişirəm, geridə qalan "mən"ə güləcək qədər dəyişirəm.. Səbəbsiz bir sıxıntı yoxdu əslində.. Mənim heç səbəbim olmadı.. Deməkki sıxıntımda yoxdu,…


30.07.2012

Oyun deyil yaşamımız, yaşamdı oyunumuz.. Yaşadıqca zərbələr alırsan və canın azalır.. Ən son ən sevdiyin səni vurur və "yanırsan"..Həyat 1 can daha verir.. Qaldığın yerdən davam edirsən ama tək.. məchulları çözdüycə canın artır.. İtirdikcə itirməməyi öyrənirsən.. Səni düz yola aparacaq "düz yol"yoxdu, yorma özünü.. Düz yola çatmaq üçün öncə əyri yollardan keçməyin gərəy.. Ən doğruya, ən yanlışlardan keçərək çata bilərsən.. Cənnəti qazanmağ üçün yaşadığın bu batağlığdan təmiz çıx.. Hər fəsildə başqa olur insan.. Təsəlli ehtiyaclılarıyıq.. Təcrübələrim artır ama səflərim heç bitmir.. Sevgiyə bulaşıram hərdən.. Dalıram dərinlərə.. Ən dibdə bir faişə olduğunu görüb, boğulmamış çıxıram sudan.. Bir ipi uzatdıqca uzanır.. Ama…


30.07.2012

Gözlərin, baxmaqdan yorulmuram.
Dalıram, keçirəm göz bəbəklərindən.,
itirəm saatlarla. O baxışlara sahib olmaq,
Baxıb nəfəs almaq, buraxmaq ruhları bədəndən.
Boş qalmaq gərəy bir iki sətir..
Sənin gözlərinnən ağlamaq - yağan yağışın altında
iki köhnə dostun həsrətlə qucaqlaşıb,
saatlarla ağlaması qədər asandı.
Həbs oldum gözlərində, göz yaşlarınla bir otaqda.
Yanağınnan axmaq üçün dua səsləri bürüyüb otağı.
Sən ağladıqca qaçır onlar. kimi sevincdən, kimi kədərdən.
Mən hər dəfə sona qalıram.. Yayılıram kipriklərinə.
Gözlərin yumulur, mən gizlənirəm.
Baxıram sənnən həyata, ağ-qara bir yaşam var önündə.
Uzaqsan özünnən, sahibsizdi baxışların, Xəyallarının sonu görünmür.
Çox uzaqlardasan qayıd həyata.. Görə bilmirəm artıq,
gözlərin yumulur, mən yox oluram..
Sənə uzanan körpünü…


30.07.2012

Böyüyüncə başladı hər şey..
Saflığım uçdu, kir qaldı..
Təbəssümüm uçdu, hıçqırığlar qaldı..
Arzularım uçdu, yeri boş qaldı..
Saniyələrim uçdu, tık-tık qaldı..
Sevdiklərim uçdu, təkliy qaldı..
Yaralar uçdu, izi qaldı..
Uçmaması gərəy olan hər şey uçdu..
Sıxılıram hərdən.. Uçurtmağa bir şey qalmadı artıq..


Eti Mon yenede efirde


İnsan idealarını prinsiplərinə dəyişə bilərmi?
İnsan fərqinə varılması gərəkən şeylərin üstünnən çox rahat keçir..
Namazda tələsən dodaqlar, qızla öpüşəndə heç tələsmir..
Namazın vaxtını unudan beyin, qızın təyin etdiyi görüş vaxtını heç unudmur..

Azanın səsinnən yorulan qulaqlar, rihannanın, innanın, dimanın səsinnən heç yorulmur..
Hər gün pula uzanan əllər, Allaha heç uzanmır..
Şükr etməyi yaddan çıxaran dil, küfr etməyi heç yaddan çıxarmır..
Yaxşılıq etməyi özünə borc bilən insan, minnət etməyi onnanda borc bilir..
Bəhanə tapmağı bacaran insan, doğrunu qusmağı heç bacarmır..
Bəlkədə həyat tələb edir..



heyat davam edir men etimon bu heyati yazacam qeleme...


24.06.2012

 bele pis yawamiram ))


Blogi
Blogit päivitetään joka 5 minuutti